Ali təhsilini yarımçıq qoyan tələbələrə də diplom veriləcək

“Üzürlü səbəblərdən ali təhsilini yarımçıq qoyan tələbələrə orta ixtisası bitirməsi və əmək bazarına daxil olması üçün diplom veriləcək”

Bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımovdeyib. Onun sözlərinə görə, mövcud olmuş qaydalarda üzürlü səbəblərdən təhsilini yarımçıq qoyan şəxslərin təhsilalma hüququ dayanırdı:

“Yeniliyə əsasən, təhsilini yarımçıq qoyan şəxsin ali məktəbdə oxuduğu dövrdə topladığı kredit oxuduğu ixtisas üzrə subbakalavrda tanınacaq və ona qısa müddət ərzində orta ixtisası bitirmək və əmək bazarına daxil olmaq hüququ verən diplom veriləcək. Bu qayda gələn tədris ilindən qüvvəyə minəcək”

Fikrini bildir

Please enter your comment!
Please enter your name here