Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasına həsr olunmuş toplantı keçiriləcək

0
599

Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasına həsr olunmuş toplantı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  dövlət siyasətinə uyğun olaraq, elm və təhsilin inteqrasiyasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir. AMEA-da fəaliyyət göstərən AzScienceNet elm kompüter şəbəkəsi akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir.

AzScienceNet 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunub. AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT ilə geniş əməkdaşlıq əlaqələri qurur. Bununla da qeyd edilən əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən müəyyənləşdirilən EaPConnect layihəsində Azərbaycanı təmsil edir.

Layihə çərçivəsində  iyunun AMEA İnformasiya Texnologiyaları İnstitutunda  “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçiriləcək.  Məqsəd  EaPConnect layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etməkdir. Eyni zamanda Azərbaycanın elm və təhsil ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən bir sənəd var.  AMEA İnformasiya Texnologiyaları İnstitutu  və  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavılə imzalamaqdır.

Toplantıda AMEA, Təhsil Nazirliyi,  Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də ali məktəb və elmi tədqiqat institutlarının rəhbər şəxsləri iştirak edəcəklər.

 

Fikrini bildir

Please enter your comment!
Please enter your name here