AzTU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

İsrail universitetləri daha çox AzTU-da tədris olunan “Biotibbi texnika” ixtisası ilə maraqlanır

İyulun 4-də İsrailin Azərbaycandakı səfiri Dan Stav və səfirliyin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin yaranma tarixi, maddi-texniki bazası və fakültələri haqqında ətraflı məlumat verib. AzTU-nun elmi-texniki nailiyyətlərindən, həyata keçirilən beynəlxalq layihələrdən, həmçinin çoxtərəfli beynəlxalq əlaqələrindən danışıb. Rektor əvəzi İsrail universitetləri ilə əməkdaşlıq perespektivlərinə toxunub. Bundan ələvə, professor Xalıq Yahudov qonaqlara universitetdə formalaşan startap mühiti, biznes inkubasiyaya keçidlə bağlı aparılan işlər və tələbələrin uğurlu startap layihələri haqqında da məlumat verib.

Müasir dövürdə texniki ali təhsilin əhəmiyyətinə toxunan səfir Dan Stav AzTU haqqında məlumatlı olduqlarını vurğulayıb. O, İsrail təhsil müəssisələri ilə AzTU-nun birgə əməkdaşlığın böyük nailiyyətlərə səbəb olacağına inandığını bildirib. Səfir qeyd edib ki,  İsrail universitetləri daha çox AzTU-da tədris olunan “Biotibbi texnika” ixtisası ilə maraqlanırlar.

Görüşdə gələcəkdə görüləcək işlər müzakirə edilib və əməkdaşlıq müqaviləsinin ilkin razılığı əldə olunub.

Daha sonra qonaqların təklifi ilə qərara alınıb ki, İsraildən olan mütəxəssislərlə AzTU alimlərinin geniş tərkibdə görüşü keçirilsin. Görüşdə AzTU alimləri İsraildən olan mütəxəssisləri “Biotibbi texnika” kafedrasının işi və kafedra tərəfindən həyata keçirilən layihələrlə tanış edəcəklər.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here