Məzunların attestat qiymətləri açıqlandı

0
624

Məzunların attestat qiymətləri açıqlandı

Artıq bir neçə ildir ki, orta məktəblərdə tədris kurikulum standartlarına uyğun həyata keçirilir. Gələn ildən ali məktəblərə qəbul imtahanlarında da kurikulum modelindən istifadə olunacaq. Ancaq ölkədə bu sahə üzrə peşəkar mütəxəssislərin sayı o qədər də çox deyil.

Bəs gələn ildən gələcək həyatımızda böyük rol oynayacaq  kurikulumun əsas prinsipləri hansılardır?

Şəxsiyyətyönümlülük – təhsil alanın idrakı, ünsiyyət və psixomotor fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

Fərd – bioloji varlıqdır. Hər kəs yeni doğulan körpə də, uşaq da, gənc də, qoca da – bütün insanlar fərddir. Şəxsiyyət sosial varlıqdır. Cəmiyyətdə formalaşan hər kəs fərddir, ancaq hamı şəxsiyyət deyil.

Şəxsiyyətyönümlülük prinsipinin mahiyyəti hərtərəfli insan yetişdirməkdən ibarətdir.

Məsələn, Nahid bu gün ana haqqında şeir deyəcək.

O əvvəlcə şeirin mənasını dərk etməlidir – idrak

Şeirə münasibəti olmalıdır – (sanki şeirlə danışır)- ünsiyyət

Jestika və əl-qol hərkətlərini mimika ilə söyləyərək şeiri ifadəli etməlidir – psixomotor.

Şagirdyönümlülük –  təhsilalanların maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına xidmət etməsidir.

Nəticəyönümlülük – Əldə olunması nəzərdə tutulan təlim naliyyətlərinin əvvəlcədən müəyyən edilməsidir.

Tələbəyönümlülük – Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.

İnteqrativlik – Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here