Onlar boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər

DİM xəbərdarlıq etdi

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar bu gündən başlayaraq qeydiyyatdan keçməlidirlər. Bunun üçün onlar şənbə və bazar günləri istisna olmaqla, 13 gün ərzində tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, qeydiyyata bu gündən start verilib və proses iyulun 11-dək davam edəcək

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər. Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Və onlar boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.

 

Fikrini bildir

Please enter your comment!
Please enter your name here