1-ci sinfə şagird qəbulu üçün II mərhələsinə start verilib

0
465

1-ci sinfə şagird qəbulu üçün II mərhələsinə start verilib

Bakı şəhərində ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün 1-ci sinif şagird qəbulunda II mərhələ başladı.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, indiyə qədər 1-ci sinfə şagird qəbulu üçün 42 000-dən çox uşaq elektron sistem vasitəsi ilə qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin 1-ci sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə 1-ci sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər uşaqlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən valideynlər Bakı şəhərinin hər inzibati rayonunda 1-ci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara yardım məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. 1-ci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here