Test və ya müsahibə mərhələsində iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

0
503

Test və ya müsahibə mərhələsində iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

Göstərilən vaxtda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı və ya müsahibə mərhələsində iştirak etməyən namizədlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir.

Təhsil Nazirliyindən verilən məlumata görə, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.

Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək. Müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcək.

Qeyd edək ki, iyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

Bu proses iyulun 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here