UNEC-də beynəlxalq təlim keçirilib

0
613

UNEC-də beynəlxalq təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyəti İdarəetmə Sistemi (KİS) üzrə beynəlxalq təlim keçirilib.

Türk Standartları İnstitutunun baş auditoru Teyfik Bıyıklının keçdiyi təlimlər KİS-in yeni 9001:2015 standartının təsdiq edilməsi ilə bağlı olub. Dörd gün davam edən təlimlərdə UNEC-in müvafiq strukturlarından ibarət işçi qrupu iştirak edib. İşçi qrupuna İSO standartındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.

Təlimin nəticələrinə uyğun olaraq iştirakçılara KİS üzrə beynəlxalq auditor sertifikatı təqdim edilib.

Qeyd: UNEC respublika ali təhsil müəssisələri arasında TS EN ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikat alan ilk dövlət ali təhsil müəssisəsidir.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here